00:00:00
Yazar
Admin User
01.07.2025 17:18 78 1 dəq oxuma
Dünya

XİN: ABŞ-nin qərarını alqışlayırıq

XİN: ABŞ-nin qərarını alqışlayırıq

 

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-nin Suriyaya qarşı bəzi sanksiyaları ləğv etməsi qərarını müsbət qarşılayıb.

Nazirliyin sözçüsü Öncü Keçeli şəxsi sosial media hesabında paylaşım edərək, ABŞ administrasiyasının Suriya ilə münasibətləri normallaşdırmaq istiqamətində atdığı addımı yüksək qiymətləndirdiklərini bildirib.

“ABŞ rəhbərliyinin Suriya ilə münasibətləri normallaşdırmaq üçün nümayiş etdirdiyi güclü iradəni alqışlayırıq”, – deyə Keçeli vurğulayıb.

Qeyd edək ki, ABŞ administrasiyası Suriyaya qarşı tətbiq edilən bəzi iqtisadi sanksiyaları ləğv etdiyini açıqlayıb. Bu qərar bölgədə diplomatik münasibətlərin normallaşması baxımından mühüm addım kimi qiymətləndirilir.

TRT XƏBƏR
Mahmudlu Ləman

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər