Xocalıda hərbi sursat partlayıb:
"İnformator.az" xəbər verir ki, Xocalı rayonunun Xanyurd kəndi ərazisində hərbi sursatın partlaması nəticəsində Tovuz rayon sakini, 2008-ci il təvəllüdlü Məmmədov Aqşin xəsarət alıb.
Hadisə nəticəsində yeniyetmənin 3 barmağı amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.