00:00:00
Yazar
Admin User
05.09.2025 16:41 136 2 dəq oxuma
Sosial

Xəzər dənizində su səviyyəsinin azalması

Xəzər dənizində su səviyyəsinin azalması

Son illər Xəzər dənizində müşahidə olunan su səviyyəsinin azalması həm ekoloji, həm də sosial-iqtisadi baxımdan böyük narahatlıq doğurur.

 

Mövzu ilə bağlı ekoloq Ənvər Əliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Xəzərin səviyyəsinin enməsində əsas amil iqlim dəyişikliyi və yağıntıların azalmasıdır:

 

"Dənizə tökülən çayların sulu dövrləri əvvəlki qədər güclü deyil və yüksək buxarlanma nəticəsində su itkiləri daha da artır. Əvəllər yaz mövsümündə çaylardan gələn sular çox olurdu, lakin indi həmin suları toplaya bilmədiyimiz üçün onlar istifadəsiz axıb gedir. Bu proses yaxın illərdə də davam edəcək və vəziyyət daha da ağırlaşa bilər".

 

Ənvər Əliyev qeyd edib ki, suyun azalması ilk növbədə ekosistemə zərbə vurur:

 

"Xəzərdə balıq ehtiyatları tükənməyə doğru gedir. Balıqların çoxaldığı sahələr quruyur, təbii qidalanma zənciri pozulur. Bunun nəticəsində balıqçılıq təsərrüfatı ciddi itkilərlə üzləşir. Digər tərəfdən, sahilyanı ərazilərdə yaşayan əhalinin təsərrüfatı və infrastrukturu da təhlükə altındadır.

Bu problemin həlli üçün həm dövlət, həm də beynəlxalq səviyyədə addımlar atılmalıdır. Ən vacib iş çayların üzərində bəndlərin və su anbarlarının qurulmasıdır. Yağıntılı dövrdə toplanan sular kənd təsərrüfatı, heyvandarlıq və içməli su ehtiyacları üçün istifadə oluna bilər. Dövlət bu istiqamətdə xüsusi proqram həyata keçirməlidir. Paralel olaraq Xəzəryanı ölkələr də əməkdaşlıq etməli, iqlim dəyişikliyi ilə mübarizədə ortaq addımlar atmalıdırlar. Əks halda, bu böhran təkcə Azərbaycana yox, bütün regiona təsir edəcək”.

 

Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər