Xəzər dənizində zəlzələ olub
Qala stansiyasından 127 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Məlumata əsasən, yerli vaxtla saat 07:41-də qeydə alınan zəlzələnin maqnitudası 4 olub.
Zəlzələnin ocağı 76 kilometr dərinlikdə yerləşib.
