Xəzərin suyu içməli ediləcək
Yeni layihə çərçivəsində dəniz suyundan şirin su əldə olunması planlaşdırılır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında su məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib ki, duzsuzlaşdırma prosesi zamanı müəyyən nöqtələrdə dənizə duzlu su axınının olması ekosistemə mənfi təsir göstərə bilər:
"Amma, müasir texnologiyalar ilə bunlar nəzərə alınır. Su ilə yanaşı duz da, əldə edilir və duzdan müxtəlif məqsədlərlə istifadə edilə bilər. Bəzən insanlar narahat olurlar ki, duzsuzlaşdırma prosesi zamanı Xəzər dənizi quruyacaq. Bütün bunların əlbəttə ki, heçbir əsası yoxdur. Çünki, Xəzər dənizindən götürülən suyun miqdarı dənizdə olan ümumi suya nisbətdə çox az olacaq və götürülən su yenidən təmizlənərək Xəzər dənizinə qaytarılacaq. Əlbəttə ki, duzsuzlaşdırma nəticəsində əldə edilən suyun qiyməti digər sulara nisbətən xeyli bahadır. Lakin, qiymətlərə bir o qədər də təsiri olmayacaq. Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq çox vacibdir. Yəni, ölkə kifayət qədər resurslara malik olan ölkədir. Səudiyyə Ərəbistanının investiyasının Azərbaycana cəlb olunması əlbəttə ki, çox böyük imkanlar vəd edir".
Türkanə Kərimova
