Yüksək qiymətə icazə yoxdur
Ticarət Nazirliyi, bazar tarazlığını və istehlakçıları qorumaq məqsədilə həyata keçirdiyi yüksək qiymət, süni qıtlıq və qiymət etiketi yoxlamaları çərçivəsində 9 ay ərzində 427 min firmaya 2,1 milyard lirə inzibati cərimə tətbiq edib.
Nazirliyin verdiyi açıqlamada qeyd olunub ki, vətəndaşların iqtisadi rifahına zərər verə biləcək, daxili bazar sabitliyini mənfi təsir altına alacaq və tələbat-təklif balansını poza biləcək fəaliyyətlərə qarşı bazar nəzarətləri sürətlə davam etdirilir. Bu çərçivədə, Nazirliyin 1 yanvar – 30 sentyabr tarixlərini əhatə edən yoxlamaları nəticəsində 426 min 474 firma və 26 milyon 865 min 521 məhsul yoxlanılıb. Aşkar edilən uyğunsuzluqlara görə ümumilikdə 2 milyard 99 milyon lirə məbləğində inzibati cərimə tətbiq olunub.
TRT Haber
Səadət Əlizadə