Yüksəkixtisaslı miqrantların Azərbaycana cəlb edilməsi inkişafa töhfə verir
Yüksəkixtisaslı miqrantlar ölkəyə yalnız bilik və bacarıq deyil, eyni zamanda innovativ yanaşma gətirir, əmək bazarında mövcud boşluqların doldurulmasına və uzunmüddətli perspektivdə Azərbaycanın inkişafına töhfə verirlər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Politoloq Tural İrfan bildirib ki, Yüksəkixtisaslı miqrantların ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olub töhfələr verməsi müsbət haldır:
“ Ancaq öz ölkəmizdə elə çoxsaylı yüksəkixtisaslı vətəndaşlar var ki, işsizdirlər. Yaxud ixtisası üzrə işlə təmin olunmadığına görə başqa sahə ilə məşğul olurlar. Əcnəbilər isə gətirilib yüksək maaşla müəyyən sahələrə sövq edilir. Bu, yerli əmək bazarında insan kapitalında balansı pozur. Xaricilərə, miqrantlara meyl artır, yerli mütəxəssislər isə işsiz qalır yaxud onlar da xarici ölkələrə üz tuturlar. Beynəlxalq əmək bazarında rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyətli ola bilər. Ancaq bu rəqabətdəki üstünlük yerli, milli kadrlar hesabına baş tutsa faydalı ola bilər. Ölkədə insan kapitalının inkişafına dəstək üçün yüksəkixtisaslı miqrantların bilik və bacarıqlarından yerli, milli kadrların yetişdirilməsində istifadə edilməlidir. Əks halda həmin yüksəkixtisaslı miqrant getdikdə yenidən həmin boşluq əlavə əmək problemi yaradacaq. Bu kadrların təkcə əməyindən deyil, bilik və bacarıqları yerli kadrların yetişdirilməsi üçün sərf olunduqda sərfəli ola bilər “.
Reyhan Quliyeva
