00:00:00
Yazar
Admin User
16.04.2025 08:35 235 1 dəq oxuma
Sosial

Yağışın yollarda yaratdığı fəsadlar aradan qaldırılır

Yağışın yollarda yaratdığı fəsadlar aradan qaldırılır

Ölkə ərazisində müşahidə olunan intensiv və güclü yağışın yollarda səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mövcud şəraitə uyğun olaraq tədbirlər davam etdirilir.

 


“İnformator.az" ” xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

 

 

“Öncədən hava ilə əlaqədar yayılmış xəbərdarlığa əsasən agentliyin bütün təşkilatları gücləndirilmiş iş rejiminə keçib, yollarda suların  kənarlaşdırılmasını təmin edən bütün nasoslar tam gücü ilə çalışmağa davam edir.


Əlavə olaraq fövqaladə hallarda mobil briqadalar fəaliyyət göstərir. Briqadalar suların ekstremal vəziyyətdə kənarlaşdırılması üçün lazımi texniki avadanlıqlarla təchiz edilib”,- məlumatda bildirilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər