Yamac paraşütlü pilot 3 yaşlı qızı ilə birlikdə uçub
Muğlanın Fethiye rayonunda yamac paraşütü ilə pilot 3 yaşlı qızını səma ilə bir araya gətirməyin xoşbəxtliyini və həyəcanını yaşayıb.
Muğlanın Fethiye rayonunda 10 ildir peşəkar olaraq ticari yamac paraşütü ilə məşğul olan Yusuf Çenet qızı Elifi səma ilə bir araya gətirmək qərarına gəlib. Həyat yoldaşı Funda Çenetin razılığını alan ata qızı və həyat yoldaşı ilə Ölüdəniz rayonundakı Babadağın 1700 metrlik trekinə çıxıb. Buradakı hazırlıqlardan sonra isə ata-Yusuf Çenet və qızı paraşütlə havaya qalxıb. Təxminən yarım saat qızı ilə bənzərsiz Ölüdəniz mənzərəsini izləyən Çenet daha sonra Belcekız sahilinə enib. Ata Çenet də qızı ilə səmada dialoqunu və uçuşunu aksiyon kamerası ilə lentə alıb. Çenet qızı ilə səmada uçmaqdan xoşbəxt olduğunu bildirib. Kayseridə yamac paraşütü üzrə universitet təhsili aldığını, daha sonra Ölüdənizdə ticari olaraq uçmağa başladığını ifadə edən Çenet, "Daha əvvəl də bir neçə şəxslə, uşaqlarla uçmuşam. 3 yaşından yuxarı olanlar yamac paraşütü ilə uça bilər. Qızımın da 3 yaşı var, mən də daha əvvəl başqalarının övladlarını uçurdum və ən kiçik sərnişinim qızım idi". Elifin yamac paraşütü həyəcanını gənc yaşda yaşamasını istədiyini deyən Çenet, uçuşlarının qızı üçün unudulmaz bir xatirə olaraq qalacağını qeyd edib.
Mənbə:Habertürk
Aytac Kərimova
