“Yanğın səbəbilə COP30 danışıqları təxliyə olunub"
Braziliyanın Belém şəhərində keçirilən COP30 BMT iqlim danışıqları, məkanın içində baş verən yanğına görə təxliyə edilib. BBC əməkdaşları alov və tüstünü görüblər və dərhal çölə çıxarılıblar.
BMT bildirir ki, yanğın altı dəqiqəyə söndürülüb və 13 nəfər tüstüdən zəhərlənmə ilə tibbi yardım alıb. Yanğının səbəbi hələ məlum deyil.
Danışıqlar iqlim dəyişikliyi ilə bağlı növbəti addımlar üzərində son saatlarına yaxın idi, lakin yanğın prosesi yarımçıq qoyub və görüşlər hələ də bağlı vəziyyətdədir.
Mənbə: BBC news
Ayisə Şərifova