00:00:00
Yazar
Admin User
26.08.2025 16:50 98 1 dəq oxuma
Dünya

Yapon qəzetləri Perplexity AI-ni müəllif hüquqlarına görə məhkəməyə verir

Yapon qəzetləri Perplexity AI-ni müəllif hüquqlarına görə məhkəməyə verir

 


Yaponiyanın “Nikkei” və “Asahi Shimbun” qəzetləri ABŞ-də fəaliyyət göstərən süni intellekt startapı Perplexity AI-a qarşı müəllif hüquqlarının pozulması iddiası ilə təxminən 30 milyon dollarlıq iddia qaldırıb. Nikkei və Asahi Shimbun qəzetləri ABŞ-də yerləşən süni intellekt startapı Perplexity AI ilə bağlı birgə bəyanat yayıb. Bəyanatda iddia edilir ki, Perplexity AI 2024-cü ilin iyun ayından etibarən süni intellektlə işləyən cavablar yaratmaq üçün xəbər hesabatlarından istifadə edir və iddia müəllif hüquqlarının pozulmasına görə təqribən 30 milyon dollar təzminat tələb edir.


Bəyanatda həmçinin iddia edilir ki, Perplexity AI öz cavablarında qəzetlərin adlarını və ya xəbərləri mənbə kimi göstərərək, “xəbər məzmunundan fərqli olan qeyri-dəqiq məlumatı fakt kimi təqdim edir” və qəzetlərin nüfuzuna xələl gətirir. ABŞ-nin aparıcı qəzetlərindən olan New York Times da 2023-cü il dekabrın 27-də OpenAI və Microsoft-a qarşı işinin süni intellekt texnologiyalarının öyrədilməsi məqsədilə icazəsiz istifadə edildiyi və müəllif hüquqlarının pozulduğu iddiası ilə məhkəməyə müraciət edib.



TRT Haber
Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər