Yaponiya AB-nin Ukrayna ilə bağlı bu planını rədd edib
Yaponiya dondurulmuş Rusiya dövlət aktivlərindən Ukrayna üçün istifadə planına qoşulmaqla bağlı Avropa Birliyinin (AB) təklifini rədd edib, bu barədə “Politiko” məlumat yayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Xəqani Cəfərli bildirib ki, Trampın mövqeyində dəyişiklik olarsa, bu, Yaponiyanın mövqeyinə də təsir göstərə bilər:
"Yaponiya Avropa Birliyinin dondurulmuş Rusiya dövlət aktivlərindən Ukrayna üçün istifadə planına qoşulmaq təklifini rədd etməsi, Ukraynaya ümumi yardım mexanizminin yaradılmasına mənfi təsir göstərir. Amma Yaponiyanın bu mövqeyini müəyyən qədər anlamaq mümkündür. Hazırda Yaponiya–Çin münasibətləri ciddi şəkildə gərginləşib və belə bir şəraitdə ABŞ ilə əlaqələr Tokyo üçün xüsusi əhəmiyyət daşıyır. ABŞ prezidenti Donald Tramp isə Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsinə qarşı çıxır. Yaponiya da bunu nəzərə almağa məcburdur. Trampın mövqeyində dəyişiklik olarsa, bu, Yaponiyanın mövqeyinə də təsir göstərə bilər".
Qəmər Kazımzadə
