Yaponiya BKS üçün yük gəmisi daşıyan raketi uğurla kosmosa buraxıb
Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (YATA) yeni "HTV-X1" kosmik yük gəmisini orbitə çıxaran "H3" ağır daşıyıcı raketinin uğurlu buraxılışını həyata keçirib.
"İnformator.az" xəbər verir ki, ölkənin cənub-qərbində yerləşən Taneqaşima kosmodromundan buraxılışın yayımı JATA tərəfindən həyata keçirilib.
Agentliyin məlumatına görə, hazırda gəmi qida məhsulları və avadanlıq da daxil olmaqla, bir neçə ton yükü çatdıracağı Beynəlxalq Komsik Stansiyaya (BKS) doğru hərəkət edir.
"HTV-X1" 2009-cu ildən istifadə edilən yapon yük gəmisi "HTV"nin təkmilləşdirilmiş versiyasıdır. "H3" maye yanacaqla işləyən Yaponiyanın ən böyük daşıyıcı raketisidir.