00:00:00
Yazar
Admin User
13.11.2025 12:54 138 2 dəq oxuma
Siyasət

“Yaponiya da Rusiyaya qarşı sanksiyalar tətbiq edir”

“Yaponiya da Rusiyaya qarşı sanksiyalar tətbiq edir”

Yaponiya Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni iqtisadi sanksiyaların tətbiqini nəzərdən keçirir.

 

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, Yaponiya ümumiyyətlə dünyanın ən qüdrətli iqtisadiyyatlarından birinə sahib olması baxımından güc sahibidir, dünyada sayılıb-seçilən bir dövlətdir:

 

“Üstəlik də Yaponyanın özünün Rusiyayla hələ həll edilməyən məsələləri var, yəni ərazi problemləri var. Rusiya Yaponiyaya aid əraziləri işğal altında saxlayır. Təbiidir ki, Yaponiya bugün Rusiyanın dağılmasında və işğal altındakı ərazilərin də azad olunmasında maraqlıdır. Ona görə də Yaponiya bu Ukrayna prosesində əlbəttə ki, birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, işğalçı Rusiyanın əleyhinədir və Rusiyaya qarşı sanksiyaları da birmənalı şəkildə dəstəkləyir. Yaponiya da Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Bu, Yaponiyanın mövqeyinə təbiidir ki, müsbət təsir edir. Çünki Rusiyaya qarşı demək olar ki, dünyanın bütün mütərəqqi qüvvələri çıxır, Yaponiya da o sıradadır. Yəni hazırda Rusiyaya qarşı çıxan bütün güclər, dövlətlər, xalqlar, təşkilatlar təqdir edilir. O cümlədən də Yaponiya. Əlbəttə, biz nəzərə alsaq ki, Yaponiyanın yaxın qonşusu Çin bu sanksiyalar məsələsində daha diqqətli, özünə məxsus davranır. Yaponiya bu cür addımları çoxaltmaqla təbidir ki, Qərbin əsas dayaq nöqtəsinə çevrilə bilər. Yəni ABŞ, Avropa Birliyi, ayrı-ayrı Avropa ölkələri Rusiyaya qarşı sanksiyalar məsələsində Uzaq Şərq ölkələrinin də dəstəyini almaq istərdilər. Amma təəssüflər olsun ki, Asiyanın nəhənglərindən olan, birinci nəhəng olan Çin faktiki olaraq Rusiyaya dəstək verir, baxmayaraq ki, müəyyən məsələlərdə sanksiyalara qoşulur. Şimali Koreya Rusiyanın yanındadır, hətta canlı qüvvə ilə Rusiyaya kömək edir. Belə bir şəraitdə, Yaponiyanın önə çıxması Qərbə hava-su kimi lazımdır. Gələcəkdə yəqin ki, Cənubi Koreyanın da bu cür daha sərt, verimli addımlar atmasına ehtiyac olacaq. Onların ən azından ikisi ciddi şəkildə Qərb koalisiyasına dəstək olarsa, Rusiyanın vəziyyəti daha da çətinləşəcək”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər