00:00:00
Yazar
Admin User
02.12.2025 18:57 91 2 dəq oxuma
Siyasət

Yaponiya fevralda GPS üçün yeddinci "Mitibiki" peykini buraxacaq

Yaponiya fevralda GPS üçün yeddinci "Mitibiki" peykini buraxacaq

Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) ölkənin GPS-i kimi tanınan qlobal "Quasi-Zenith Peyk Sistemi"ni (QZSS) dəstəkləmək üçün 1 fevral 2026-cı ildə daha bir "Mitibiki" (yaponca "yol göstərən") peykini orbitə buraxmağı planlaşdırır.


Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında Word Panorama stratejik araşdırmalar mərkəzinin rəhbəri politoloq Ramiyə Məmmədova bildirib ki, Yaponiya hələ də GPS sistemindən asılı vəziyyətdədir:

 

“GPS sisteminə qoşulmaq o deməkdir ki, həm qlobal, həm də regional baxımdan ABŞ-nin nəzarəti altında olan peyklərlə çalışmaq məcburiyyəti var. Yaponiyanın özünün QZSS peyk sistemini yaratması asan məsələ deyil və əgər qlobal sistemə çıxmaq istəyirsə, buna uzun zaman lazımdır. Çünki qlobal sistemə çıxmaq üçün GPS-dən tam şəkildə ayrılmalı və bütün dəstəyi öz ölkəsinə yönəltməlidir ki, bu da hazırda mümkün deyil. Buna görə də Yaponiya hazırda əsasən regional səviyyədə işlər görür. Bu sistemin yaradılması və genişləndirilməsi, xüsusilə Sakit Okean regionunda baş verən hadisələr fonunda, həm hərbi baxımdan, həm də hava-yer məkanından gələn təhdidlərin təsirindən çıxmaq üçün imkanlar yaradır. Bu addımlar gələcək inkişaf üçün, eləcə də bu gün Yaponiyanın iqtisadiyyatına böyük töhfə verə bilər. ABŞ ilə Yaponiya tərəfdaş olduğuna və Yaponiyanın 7 peyk sistemindən asılı olduğuna görə, bu asılılıq hələ də qalmaqdadır. Navigasiya və yer sistemlərinin inkişafı yeraltı və hava məkanında naviqasiyanın güclənməsinə səbəb ola bilər. Yaponiya tez-tez yeraltı təkanlarla üzləşən bir ölkə olduğundan, bu sistemlərdən daha güclü şəkildə istifadə edə bilər. Bütün bu sistemlərin inkişafı Yaponiyanı ABŞ sistemlərindən qismən uzaqlaşdıra, daha çox müstəqillik və öz sözünü demək imkanı yarada bilər. Lakin hazırkı mərhələdə onun ABŞ-dən asılılığı davam edir. Buna görə də Yaponiyanın bu sahədə qət etməli olduğu yollar hələ çoxdur”.

 

Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər