00:00:00
Yazar
Admin User
21.10.2025 04:30 95 1 dəq oxuma
Dünya

Yaponiya hökuməti yeni Baş nazirin seçilməsi ərəfəsində istefa verib

Yaponiya hökuməti yeni Baş nazirin seçilməsi ərəfəsində istefa verib

Yaponiyada oktyabrın 21-də parlamentin aşağı palatasında keçiriləcək yeni baş nazir seçkiləri öncəsi Siqeru İsibanın başçılıq etdiyi bütün hökumət istefa verib.

 

"İnformator.az"xəbər verir ki, bu barədə hökumətin Dəftərxanası məlumat yayıb.

 

İsiba 386 gün Yaponiyanın Baş naziri vəzifəsində çalışıb.

 

Bir neçə saatdan sonra parlamentin əsas aşağı palatası növbədənkənar sessiyaya toplanacaq və sessiya zamanı Liberal Demokrat Partiyasının (LDP) yeni sədri Sanae Takaiti Baş nazir seçiləcək. O, Yaponiyanın ilk qadın Baş naziri olacaq. Səsvermədən bir gün əvvəl parlamentdə çoxluğa malik olmayan LDP mühafizəkar Takaitinin seçilməsinə zəmanət verən "Yaponiya Yeniləşmə Cəmiyyəti" Partiyası ilə alyans yaratmağa nail olub.

 

Bundan sonra Sanae Takaiti gün ərzində yeni hökuməti formalaşdıracaq. Yaponiya mətbuatının yazdığına görə, 2019-2021-ci illərdə bu vəzifədə olan Tosimitsu Moteqinin xarici işlər naziri olacağı gözlənilir. Moteqi LDP seçkilərində Takaitinin rəqiblərindən biri idi.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər