00:00:00
Yazar
Admin User
07.12.2025 04:19 87 1 dəq oxuma
Dünya

Yaponiya qırıcılara radar yönləndirdiyi üçün Çinə etiraz edib

Yaponiya qırıcılara radar yönləndirdiyi üçün Çinə etiraz edib

Çin "Lyaonin" aviadaşıyıcısından havaya qalxan "J-15" qırıcıları Okinavanın cənub-şərqində iki dəfə Yaponiyanın F-15 qırıcılarına radar tuşlayıb.

 

"İnformator.az" xəbər verir ki, bunu Yaponiya müdafiə naziri Şinciro Koizumi bildirib və Tokio bu səbəbdən Pekinə etiraz notası verib.

 

"Belə bir hadisənin baş verməsi son dərəcə təəssüf doğurur. Biz Çin tərəfinə qəti etirazımızı bildirdik və bunun təkrarlanmaması üçün tədbirlər görülməsini tələb etdik", – deyə nazirliyin bəyanatında qeyd olunur.

 

"Bu, təhlükəsiz uçuşlar üçün tələb olunan çərçivədən kənara çıxan təhlükəli bir hərəkət idi", – Koidzumi əlavə edib.

 

Onun sözlərinə görə, ilk insident Okinavanın cənub-şərqində beynəlxalq sular üzərində baş verib. "Lyaonin"dən qalxan Çin "J-15" qırıcısı üç dəqiqə ərzində qarşıdan "intercept" üçün qaldırılmış Yaponiya "F-15" qırıcısına radar tuşlayıb. İkinci hadisə isə eyni ərazidə və oxşar şəraitdə iki saat sonra baş verib və 31 dəqiqə davam edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər