Yaponiya Şimali Koreyanın raket sınağını pisləyir
Yaponiya Şimali Koreyanın Hokkaydo adasının şimalında fövqəladə həyəcan siqnalına səbəb olan raket sınağını pisləyib.
İnformator.az BBC Türk-ə istinadən xəbər verir ki, Yaponiya hökumətinin təmsilçisi Hirokazu Matsuno Şimali Koreyanın fəaliyyətinin qəbuledilməz olduğunu bildirib.
Şimali Koreyanın raket sınağından sonra Yaponiyanın Hokkaydo adasında sirenlər səslənib və milyonlarla insan sığınacaqlara daxil olub.
Raket Yaponiya ərazisinə çatmayıb, bundan sonra xəbərdarlıq rejimi dayandırılıb.
Fatima Mustafayeva
