00:00:00
Yazar
Admin User
25.11.2025 05:11 114 1 dəq oxuma
Dünya

Yaponiya və ABŞ liderləri Ukraynanı müzakirə ediblər

Yaponiya və ABŞ liderləri Ukraynanı müzakirə ediblər

Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla Ukraynada sülhün bərqərar olması səylərini müzakirə edib.

 

"İnformator.az" xəbər verir ki, o, bu barədə Ağ Ev rəhbəri ilə telefon danışığından sonra açıqlama verib.

 

Sanae Takaiçi, xüsusən də Trampın ona ABŞ-Çin münasibətlərinin vəziyyəti, o cümlədən Çin Xalq Respublikasının Sədri Si Cinpinlə telefon danışığı barədə məlumat verdiyini bildirib.

 

Yaponiyanın Baş naziri, öz növbəsində, G20 sammitində iştirak etməyən ABŞ Prezidentinə bu görüş haqqında məlumat verib: "İnanıram ki, biz Yaponiya ilə ABŞ arasında sıx əməkdaşlığı bir daha təsdiqləməyə müvəffəq olduq".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər