Yaponiyada 7,2 bal gücündə zəlzələ baş verib
Yaponiyada baş verən 7,2 bal gücündə zəlzələdən sonra 3 metr hündürlüyündə sunami xəbərdarlığı edilib.
ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS) zəlzələnin episentrinin Aomori prefekturasındakı Misava bölgəsinin 73 kilometr şimal-şərqində olduğunu açıqlayıb.
Təxminən 53 kilometr dərinlikdə qeydə alınan 7,2 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı verilib.
Zəlzələ nəticəsində hər hansı insan tələfatı və ya maddi zərər barədə məlumat verilməyib.
TRT XƏBƏR
Lalə Qurbanlı