00:00:00
Yazar
Zəri Bayramlı
22.10.2026 21:48 38 1 dəq oxuma
Maraqlı

Yaponiyada Asiya Oyunları təşkilati problemlərlə yadda qalıb

Yaponiyada Asiya Oyunları təşkilati problemlərlə yadda qalıb

Yaponiyanın Naqoya şəhərində və Aiçi prefekturasında keçirilən Asiya Oyunları bir sıra təşkilati problemlərlə yadda qalıb.

 

Yarışlar zamanı idmançıların yerləşdirilməsi, nəqliyyat və diplomatik məsələlərlə bağlı çətinliklər yaşanıb. İştirakçıların sayının artması yaşayış yerlərində çatışmazlığa səbəb olub. Hətta 1500 kabinəsi olan İtaliya kruiz gəmisindən idmançıların yerləşdirilməsi üçün istifadə edilib.

 

Bundan başqa, bəzi idmançılar avtobuslarla səhv yarış məkanlarına aparılıb, Cənubi Koreyanın kişi xokkey komandasının qarşılaşmasında Şimali Koreyanın himni səsləndirilib. Futbol üzrə mükafatlandırma mərasimində isə Cənubi Koreyanın bayrağı lazımi qaydada qaldırılmayıb.

 

Təşkilatçılar problemlərin gözlənilməz olduğunu bildirərək çatışmazlıqları aradan qaldırmaq üçün tədbirlər gördüklərini qeyd ediblər.

 

Problemlər tədbirin təşkilinə cavabdeh olan Fransanın GL Events şirkətinin fəaliyyətinə də yönəlib. Yerli media şirkəti işçi çatışmazlığı və əməkdaşların lazımi səviyyədə hazırlanmaması ilə bağlı tənqid edib.

 

Osaka Universitetinin professoru Kozo Tomiyama hesab edir ki, baş verənlər Yaponiyanın beynəlxalq idman yarışlarını təşkil etmək bacarığına olan etimada mənfi təsir göstərə bilər


BBC News
Fidan Alışova

#xəbər #oyunları #problemlərlə #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər