00:00:00
Yazar
Admin User
19.05.2023 18:11 321 1 dəq oxuma
Dünya

Yaponiyada başlayan G7 Zirvəsində Zelenski sürprizi

Yaponiyada başlayan G7 Zirvəsində Zelenski sürprizi

Yaponiyanın müddətli sədrliyi ilə Xirosima şəhərində keçirilən 3 günlük G7 Liderlər Zirvəsi bu gün rəsmən öz fəaliyyətinə başlayıb.

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Zirvədə ABŞ prezidenti Co Bayden, Böyük Britaniyanın baş naziri Rişi Sunak, Kanadanın baş naziri Castin Trüdo, İtaliyanın baş naziri Giorgia Meloni, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz iştirak edir.

 

Həmçinin Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel və Aİ Komissiyasının sədri Ursula von der Leyen və Yaponiyanın Baş naziri Fumio Kişidanın da qatıldığı sammitin ilk günündə G7 liderləri ilə birlikdə 1945-ci il atom bombası faciəsi ilə bağlı eksponatların sərgiləndiyi Xirosima Sülh Memorial Muzeyini ziyarət edilib. Ziyarətdən sonra liderlər atom bombası qurbanları üçün inşa edilmiş məqbərəyə əklillər qoyublar.

 

Bazar gününə qədər davam edəcək G7 Liderlər Zirvəsində Rusiyanın Ukraynaya qarşı işğal cəhdi, Şimali Koreyanın nüvə silahları və ballistik raket proqramı, Çinin bölgədə artan hərbi gücü, eləcə də qlobal iqtisadiyyat və texnologiya kimi təhlükəsizlik məsələləri müzakirə edilib.

 

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Yaponiyaya gözlənilməz səfər edəcəyi və G7 Liderlər Sammitində iştirak edəcəyi gözlənilir.

 

Fatimə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər