Yaponiyada zəlzələ oldu
Yaponiyanın qərbində 6,3 bal gücündə zəlzələ baş verib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, İşikava sahillərində Noto yarımadasında 6,3 bal gücündə zəlzələ baş verib.
Yerli vaxtla saat 14:42-də 10 kilometr dərinlikdə baş verən təkandan sonra bölgədə “nəhəng dalğa” xəbərdarlığı olmayıb.
Şiddətli silkələnmə bütün sahilyanı İşikava ştatında, xüsusən də Vacima və Suzu şəhərlərində hiss olunub.
