Yaponiyadakı ABŞ hərbi bazalarında təhlükəsizlik gücləndirilib
Yaponiya Milli Polis Agentliyi Amerika hərbi bazalarında, səfirliklərində və konsulluqlarında, eləcə də İsrail, İran və digər müsəlman ölkələri ilə əlaqəli obyektlərdə təhlükəsizliyin artırılmasını əmr edib.
"İnformator.az" xəbər verir ki, bu barədə "Jiji" agentliyi məlumat yayıb.
Yaponiya prefektura polis idarələri insidentlərin qarşısını almaq üçün bu cür obyektlərin yaxınlığındakı ərazilərdə patrul xidməti üçün əlavə işçilər yerləşdirəcək.
