Yaponiyadan antimonopoliya addımı
Yaponiya Ədalətli Ticarət Komissiyası (JFTC) bulud hesablama bazarında rəqabəti məhdudlaşdırdığı şübhəsi ilə “Microsoft”un Yaponiya ofisində axtarış aparıb.
Araşdırmanın mərkəzində “Microsoft”un Microsoft Teams və Microsoft Word kimi populyar Microsoft 365 tətbiqlərinə digər bulud platformalarından çıxışı məhdudlaşdıraraq öz Microsoft Azure xidmətini haqsız şəkildə üstün mövqeyə çıxardığı iddiaları dayanır.
Məsələyə yaxın mənbələr bildiriblər ki, tənzimləyici qurumlar “Microsoft” un ABŞ-dəki baş qərargahından da məlumat tələb edib.
TRT XƏBƏR
Lalə Qurbanlı
