Yaponiyanın baş naziri Çinlə gərginliyin azaldılmasına işarə edib
Yaponiyanın Baş naziri Takaichi Sanae, Tayvana hərbi müdaxilə ehtimalına işarə edən açıqlamalardan qaynaqlanan Çin ilə diplomatik böhrandan sonra gərginliyin azaldılmasına işarə edib.
Bu gün Yaponiya parlamenti Dietdə bir millət vəkilinin sualına cavab olaraq Takaiçi, Çin ilə diplomatik əlaqələrin əsasını təşkil edən 1972-ci il Yaponiya-Çin Birgə Bəyannaməsində ifadə edildiyi kimi, hökumətin Tayvanla bağlı mövqeyinin dəyişmədiyini bildirib.
Yaponiyanın baş naziri ölkəsinin mövqeyini izah edərkən 1972-ci il bəyannaməsinə istinad edərək, Çinlə gərginliyi azaltmaq niyyətini nümayiş etdirib.
Həmin bəyannamə ilə Yaponiya Tayvanın Çinin ayrılmaz hissəsi statusuna anlayış və hörmət etdiyini bəyan edib.
Bu arada Tokio hökuməti öz bəyanatında İkinci Dünya Müharibəsindən sonra imzalanmış və Yaponiyanın müharibə zamanı işğal etdiyi Çin ərazilərini geri qaytarmasını şərtləndirən Potsdam Bəyannaməsinə sadiq qaldığını vurğulayıb.
Noyabrın 7-də Yaponiya parlamentinin Diet sessiyasında Takaiichi-nin Tayvan boğazına müdaxiləni “ölkəsinin varlığına təhlükə” kimi qiymətləndirəcəyini və hərbi gücdən istifadə edə biləcəyini bildirməsi bölgəni öz ərazisinin bir hissəsi hesab edən Çinin reaksiyasına səbəb olub.
Takaichi'nin sözləri ilk dəfə Yaponiyanın Baş nazirinin Tayvana təcavüzü vəziyyətində Yaponiyanın hərbi müdaxilə edəcəyini açıq şəkildə bəyan etdi və ölkənin bu mövzuda "strateji qeyri-müəyyənlik" siyasətindən yayınıb.
Bu reaksiyadan sonra Yaponiyanın baş naziri Tayvanla bağlı açıqlamalarının fərziyyə olduğunu və gələcəkdə bu cür şərhlərdən çəkinəcəyini bildirsə də, öz sözlərindən geri çəkilməkdən imtina edib.
Pekin hökuməti Yaponiyanın Pekindəki səfirini Çin Xarici İşlər Nazirliyinə çağıraraq etiraz notası təqdim edib.
Çin Xarici İşlər Nazirliyi Yaponiyadakı əlverişsiz təhlükəsizlik şərtlərini əsas gətirərək səyahət xəbərdarlığı, Çin Təhsil Nazirliyi isə təhsillə bağlı xəbərdarlıq edib.
Fukusimadan radioaktiv tullantı sularının okeana axıdılmasından sonra Çin də Yaponiyadan dəniz məhsulları idxalına qadağa qoyub.
Bu arada Çin, Yaponiya və Cənubi Koreya arasında üçtərəfli əməkdaşlıq çərçivəsində noyabrın 24-də Çinin Makao Xüsusi İnzibati Bölgəsində keçirilməsi planlaşdırılan Mədəniyyət Nazirləri Toplantısı ləğv edilib və üç ölkənin gələn il üçün planlaşdırdığı liderlər zirvəsinin taleyi də qeyri-müəyyən olub.
Çinin ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən faktiki müstəqillik əldə edib. Vətəndaş müharibəsindən sonra materik Çin və Tayvan arasında yaranan ayrılma və suverenlik mübahisəsi davam edir.
Pekin hökuməti “vahid Çin” prinsipini vurğulayaraq, Tayvanın diplomatik əlaqələr qurmasına və ya onu Birləşmiş Millətlər Təşkilatında və digər beynəlxalq təşkilatlarda təmsil etməsinə qarşı çıxır və Tayvanı tanıyan ölkələrdən onunla diplomatik əlaqələri kəsməyi tələb edir. Son illərdə Tayvana hərbi təzyiqləri artıran Pekin, adanın materiklə yenidən birləşməsi üçün lazım gələrsə, güc tətbiqini istisna etməyəcəyini vurğulayır.
Aydan Əsgərxanlı
CNN Türk