00:00:00
Yazar
Admin User
28.11.2025 18:22 119 2 dəq oxuma
Siyasət

Yarmak: “Zelenski sülh müqabilində ərazi güzəştlərinə getməyəcək”

Yarmak: “Zelenski sülh müqabilində ərazi güzəştlərinə getməyəcək”

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak bəyan edib ki, rəsmi Kiyev sülh müqabilində ərazi güzəştlərinə getməyəcək.


Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Ukrayna prezidenti aparatının rəhbəri Yermakın söylədiyi fikirlər əslində Ukraynanın rəsmi mövqeyi və Ukrayna tərəfinin ortaya çıxan 28 maddəlik sülh planından sonra öz mövqeyində qərarlı olduğunu göstərməkdədir:


“Nəzərə alsaq ki, Avropa İttifaqı dövlətləri və Avropa Parlamentinin qəbul etdiyi qərarda da Ukraynanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə prinsipal mövqe sərgilənib, bu, Ukraynanı xeyli dərəcədə cəsarətləndirib. Ukrayna əvvəldən də ərazilərin güzəştə gedilməsi və Rusiyanın ərazisi kimi tanınması ilə bağlı məsələlərə qarşı çıxıb. Şübhəsiz ki, Ukraynanın bu mövqeyi sülh prosesini ləngidəcək, Rusiya da bundan istifadə edərək Ukraynaya təzyiqlərini artırmaq və hücumlarını genişləndirmək istəyəcək. Bunu Putinin dünənki açıqlamalarından da görmək olar. Hazırkı vəziyyətdə sülhə aparan yol tərəflərin də maraqlarına uyğun ola biləcək variant - atəşkəs rejiminə gedilməsi ilə bağlı razılaşmanın əldə olunmasıdır. Belə ki, Ukrayna bu varianta etiraz etmir, Rusiya isə hesab edir ki, hazırkı münaqişənin durdurulması və atəşkəsə gedilməsi gələcəkdə işğal etdiyi ərazilərin əlindən çıxması ilə nəticələnə bilər. Buna görə də Rusiya bu varianta razı deyil. Neytral ölkələr dedikdə Türkiyə, BƏƏ, Səudiyyə Ərəbistanı və digərlərini düşünə bilərik. Onların Rusiyayla nə qədər yaxşı münasibətləri olsa da, Rusiyaya təsir etmə mexanizmləri o qədər güclü deyil. Hesab edirəm ki, bu məsələdə ABŞ və Çin razılaşarlarsa, tərəfləri qane edə biləcək optimal yol tapılarsa, o zaman bu savaş durdurula bilər. Rusiya tərəfindən verilən açıqlamalara nəzər yetirəndə görürük ki, Rusiya öz şərtlərindən başqa digər şərtləri qəbul etmək istəmir və hesab edir ki, savaş meydanında üstünlük onda olduğundan istədiyi şərti irəli sürə bilər”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər