Yaşa bağlı makula degenerasiyası (AMD) xəstəliyi
Yaşa bağlı makula degenerasiyası (AMD) — görməni zəiflədən, əsasən 60 yaşdan yuxarı insanlarda rast gəlinən göz xəstəliyidir.
Mövzu ilə bağlı oftalmoloq uzman Dr. Əhməd Abdullayev “İnformator.az”a açıqlamasında bildirib ki, yaşa bağlı makula degenerasiyası gözün torlu qişasında mərkəzi görməyə cavabdeh makulanın zədələnməsi ilə ortaya çıxan xəstəlikdir:
“El arasında sarı nöqtə xəsdəliyi olaraq da bilinir. Xəstəlik əsasən 60 yaş üstü insanlarda görüldüyü üçün “Yaşa bağlı makula degenerasiyası olaraq adlandırılıb. Əsas əlamətləri uzaq və yaxın görmədə azalma, düz xətlərin əyri görülməsi, xəsdəlik artdıqca mərkəzi görmənin qaranlıqlaşmasıdır.
Əsas risk faktoru yaşın artmasıdır, xüsusilə də 60 yaş üstü insanlarda daha sıx görülür. Bundan başqa genetik faktor, yəni ailə üzvlərində varsa risk artır. Digər tərəfdən siqaret çəkmək və günəş şüalarına uzun müddət məruz qalmaq da risk faktorları arasındadır.
Xəsdəliyin quru və yaş olmaqla 2 forması var. Yaş formada müalicə üçün göziçi iynələrdən istifadə olunur. Quru formada isə xüsusi bir mualicə forması olmasada vitamin və lütein tərkibli kapsulalar pasiyentlərə təyin edilir. Xüsusilə də iynə müalicəsi bahalı və xəstələr üçün stresli bir metoddur. Bu baxımdan lütein tərkibli damcılar xəstələr üçün daha rahat ola bilər. Araşdırmacılar bu damcının erkən mərhələ xəstəlikdə daha effektiv olacağını bildirirlər. Yəni hələki damcılarla iynələri tam əvəz etmək mümkün deyil. Ancaq bu araşdırma tam olaraq başa çatmayıb və klinik praktikada hələki tədbiq olunmur”.

Çimnaz Telmanqızı
