00:00:00
Yazar
Admin User
29.08.2025 06:43 114 1 dəq oxuma
Sosial

Yasamal rayonunda təmir işlərinə başlanılıb

Yasamal rayonunda təmir işlərinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın Yasamal rayonu, Məmməd Rahim küçəsində təmir işlərinə start verilib.

 

"İnformator.az" xəbər verir ki, uzunluğu 620 metr, orta eni isə 10-12 metr olan küçədə aparılan təmir işləri çərçivəsində hazırda mövcud piyada səkilərinin bərpası və yeni səki daşlarının düzülməsi işləri həyata keçirilir.

 

Layihəyə əsasən, köhnə asfalt-beton örtüyünün frezlənməsi, küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni baxış qapaqları və yağış barmaqlıqlarının quraşdırılması nəzərdə tutulur.

 

Son mərhələdə avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili məqsədilə küçədə üfüqi nişanlanma xətlərinin çəkilişi həyata keçiriləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər