00:00:00
Yazar
Vüqar Alışov
04.07.2026 23:17 33 1 dəq oxuma
Hadisə

Yasamaldakı partlayış faciə ilə nəticələnib: BİR ÖLÜ, ÜÇ YARALI 

Paytaxtın Yasamal rayonu Ümid Ələkbərov küçəsində  ikimərtəbəli evdə partlayış  baş verib.  Evi bürüyən alov bir nəfərin həyatına son qoyub, üç nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.  Hadisə yerinə  cəlb olunan yanğınsöndürənlərin operativ müdaxiləsi  sayəsində alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.

 

Məsələ ilə bağlı FHN-in əməkdaşı Toğrul Mehdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, hadisə yerinə çatan kimi aparılan  qiymətləndirmə zamanı məlum olub ki, partlayış nəticəsində uçqun və yanğın baş verib:

 

“Yanğınsöndürənlərin çevik reaksiyası nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb. Ümumi 4 vətəndaşa  məxsus olan tikili 250 kv.m-dir. Evin  birinci mərtəbəsindəki iki otağın yanar konstruksiyaları 50 kv.m sahədə yanıb”.

 

Hadisə zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alan 3 nəfər   xəstəxanaya çatdırılıb. TƏBİB-dən bildirilib ki, iki qadın və bir  kişi termiki yanıq diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub:

 

“Zəruri tibbi yardım göstərilən pasiyentlərin müalicəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir. Qeyd edək ki, hadisə baş verən ərazidən keçərkən daha bir nəfər qadın xəsarət alıb. O, Kliniki Tibbi Mərkəzin Təcili Yardım şöbəsinə hospitalizasiya olunub. Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir. Ambulator müalicə üçün evə buraxılması planlaşdırılır”.

 

Partlayışın baş vermə səbəbləri barədə araşdırma aparılır.

 

 

#Partalyış #Yasamal #FHN #Ölüm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər