00:00:00
Yazar
Admin User
24.10.2023 15:50 497 1 dəq oxuma
Dünya

Yaşı ilə rekord qıran itin ölümü

Yaşı ilə rekord qıran itin ölümü

“Ginnesin Rekordlar Kitabı”na (GRK) adını yazdıran Bobbi,cümə günü 31 yaşında həyatını itirib.Bobbinin heyvan xəstəxanasında ani ölümünü ilk olaraq Dr. Karen Becker bildirib.

 

O rəsmi “Facebook” səhifəsində “Tarixdəki bütün itlərdən daha uzun yaşamasına rəğmən, onu sevənlər üçün yaşadığı 11.478 günün yetərli olmadığı”nı qeyd edib. Bobbinin sahibi Leonel Costa fevralda “GRK”ya verdiyi açıqlamada,itinin uzun yaşamasının səbəbinin bir çox məqamlarda olduğunu deyib.

 

Costa bildirib ki,Bobbi boyunluğu və zənciri olmadan hər zaman sərbəst dolaşıb,sakit mühitdə yaşayıb.Yediyi qida isə suda ədviyyatı azaldılmış normal insan yeməkləri olub.

 

Bütün ömrünü, Portuqaliyanın paytaxtı Lizbonun 150 kilometr şimalında yerləşən Conqueiros kəndində pişiklərlə yaşayaraq keçirib.

 

Əli Məmmədli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər