Yaşıl enerji və rəqəmsal iqtisadiyyat: Azərbaycan–Çin əməkdaşlığının yeni istiqamətləri
Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlıq son illər daha da genişlənib. Hazırda ölkəmizdə 370-dən çox Çin şirkəti fəaliyyət göstərir, investisiyaların həcmi 950 milyon dolları keçib. Əməkdaşlıq yaşıl enerji, rəqəmsal iqtisadiyyat və sənaye texnologiyaları kimi sahələrə doğru genişlənir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Real partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Çin dünyada yüksələn iqtisadiyyatdır.
"Bu gün dünya iqtisadiyyatında ən sürətlə artan və ABŞ-ə çatan iqtisadi modelə sahibdir və çox böyük investisiya potensialı da var. Çin fondlarının 3 trilyona dollara yaxın investisiya portfeli də var. Azərbaycan üçün əsas məsələlərdən biri müxtəlif sahələrdə o cümlədən, Yaşıl enerji, logistikada Çin şirkətlərinin Azərbaycanda daha çox investisiya yatırmağına səbəb olmasıdır. Düşünürəm ki, buna çalışmaq lazımdır. Çin üçün Azərbaycan həm də orta dəhlizin əsas həlqələrindən biri Şərqdən-Qərbə uzanan yolun əsas magistralı üzərində qurulan ölkələrindən ən başlıcasıdır. Bu səbəbdən də logistika, istehsal sahələrinin Çinin bəzi şirkətlərinin Azərbaycanda yerləşdirilməsi və yaxın coğrafiya da satılması Azərbayacana çox böyük iqtisadi imkanlar gətirə bilər. Düşünürəm ki, bu yöndə Azərbaycan da Çinlə birgə lahiyələrin həyata keçirilməsinə maraqlıdır, bunun üçün çox saylı sənədlər də imzalanıb. Azərbaycan Prezidentinin Çinə səfəri də olub. Bununla bağlı hökümətlər arası komissiyanın birgə toplantıları da olub. Əslində priotet “Yaşıl enerji və logistika” olsa da gələcəkdə bu priotetlərin artırılması mümkündür. Bilirik ki,turizmdə də Azərbaycan-Çin arasında yeni anlaşmalar var. Azərbaycan-Çin arasında turistlərin vizasız gediş-gəlişi ilə bağlı bir anlaşma da imzalanıb".
Ədilə Hüseynzadə
