00:00:00
Yazar
Admin User
22.09.2025 17:34 137 2 dəq oxuma
Sosial

“Yaşıl İrs Reyestri”nin yaradılması təklif olunub

“Yaşıl İrs Reyestri”nin yaradılması təklif olunub

 

Qanunvericiliyə “Yaşıl irs” anlayışının daxil edilməsi təklif olunub.Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fatma Yıldırım çıxış edib:

 

Məsələ haqqında ekoloq Amin Məmmədov “İnformator.az”a açıqlamasında bildirib ki,“Yaşıl İrs Reyestr”ı bu həftə parlamentin ekologiya və təbii ehtiyyatlar komitəsində müzakirə olunub. 

 

“Orada Milli Məclisin üzvü Fatma Yıldırım bu təklifləri irəli sürdü.”Yaşıl İrs Reyestr”ı ümumiyyətlə, yaşı çox olan ağaçların qeydiyyatının aparılması, onlara düzgün qulluq edilməsi ilə bağlı qaydaların müəyyən edilməsi kimi məsələləri əsas məqsəd kimi qarşıya qoyub. Bunun konsepsiyası müəyyən edilməlidir, yəni haralara aid ediləcək. Bu xüsusi qorunan ərazilər də ola bilər, ümumi istifadədə olan yaşıl ərazilərdə də ola bilər. Köhnə bir neçə yüz il yaşı olan ağaclar da, yaxud da əlli, yüz ildən çox yaşı olan ağaclar da bura aid ola bilər.Gələcəkdə bir elektron məlumat bazası da yaradıla bilər. Bununla bağlı dövlət qurumların işinin koordinasiyasına ehtiyac olacaq. Təbiətin və ekosistemin qorunmasına bu təşəbbüs müsbət təsir edəcək, çünki bunun qorunmasını düzgün idarə etmək lazımdır. Düzgün idarə etmək üçün də məlumat bazasının təkmilləşdirməsinə və məlumatları datanın idarə etməsinə ehtiyac var. O baxımdan bu “Yaşıl İrs Reyestr”nin yaradılması, bu sahəyə cavabdeh olan dövlət qurumlarının və qərar verici şəxslərin işinin operativliyinə və effektivliyinə töhfə vermiş olacaq".

 

Nəzrin Nəsirova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər