00:00:00
Yazar
Aysel Mirzəyeva
02.03.2026 21:25 20 2 dəq oxuma
Siyasət

“Yaxın Şərqdə yeni təhlükəsizlik xəritəsi formalaşır”-ŞƏRH

“Yaxın Şərqdə yeni təhlükəsizlik xəritəsi formalaşır”-ŞƏRH

İran Kiprdəki Britaniya hərbi bazalarına iki raket atıb. “Biz inanmaq istərdik ki, onlar raketləri bizim bazalarımıza yönəlməyib”, - deyə Hili əlavə edib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Polad Mehdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, İranın Kiprdə yerləşən Britaniya hərbi obyektlərinə raket atması siyasi və psixoloji mesaj xarakteri daşıyır:

 

“İran bununla göstərmək istəyir ki, regionda Qərb hərbi infrastrukturunun yerləşdiyi istənilən nöqtə potensial risk zonasına çevrilə bilər. Bu, daha çox “müdaxilə edən hər kəs cavab alacaq” siqnalıdır. Lakin Britaniya müdafiə nazirinin açıqlaması göstərir ki, vəziyyət nəzarət həddində saxlanılmağa çalışılır. Eyni zamanda, Böyük Britaniya NATO üzvüdür və Kiprdəki bazalar faktiki olaraq Alyansın regiondakı hərbi dayaqlarından biridir. Hazırkı mərhələdə Britaniyadan birbaşa genişmiqyaslı hərbi cavab ehtimalı aşağı görünür. Daha real addımlar kəşfiyyat, hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, diplomatik təzyiq və sanksiya mexanizmlərinin sərtləşdirilməsi ola bilər. İranın Duqm limanına zərbə endirməsi və Bəhreyndə Britaniya hərbçilərinin yaxınlığında risk zonasının yaranması qarşıdurmanın lokal çərçivədən çıxma ehtimalını artırır”.

 

Polad Mehdiyev qeyd edib ki, bu addımlar münaqişənin coğrafiyasını Şərqi Aralıq dənizindən Hind okeanına qədər genişləndirir:


“Qərb hərbi infrastrukturunun yerləşdiyi bütün nöqtələri risk zonasına çevirir. Eyni zamanda, enerji və dəniz ticarəti xətlərini təhlükə altına qoyur. Nəticə etibarilə, İranın Kipr və Oman istiqamətində atdığı addımlar qarşıdurmanı regional çərçivədən çıxarıb daha geniş təhlükəsizlik mühitinə daşıyır. Azərbaycan üçün prioritet isə eskalasiyanın qarşısının alınması, beynəlxalq hüquqa hörmət və regional sabitliyin qorunmasıdır. Bizim üçün əsas məsələ Yaxın Şərqdə eskalasiyanın genişlənməsinin enerji marşrutları, nəqliyyat dəhlizləri və regional təhlükəsizlik balansına təsir göstərməməsidir. Bakı sabitlik və balanslı diplomatiya xəttini qorumaqda maraqlıdır”.


Nuray Əliyeva

#formalaşır”-şərh #baki #xəbər #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər