00:00:00
Yazar
Admin User
29.10.2025 19:12 135 2 dəq oxuma
Siyasət

Yaxın Şərqdə sülh yenə uzaq görünür

Yaxın Şərqdə sülh yenə uzaq görünür

Yaxın Şərqdə sülh ümidləri yenidən sönür. İsrail Baş naziri Benyamin Netanyahu orduya Qəzza zolağına "dərhal və güclü zərbələr endirməyi” tapşırıb.

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın Yaxın Şərqdəki sülh missiyası sıfıra enir:

 

“Bu hadisə yenidən Yaxın Şərqdə, xüsusilə də HƏMAS-la İsrail arasında münasibətlərin ən gərgin nöqtəyə çatdığını göstərir. İsrailin Qəzza bölgəsini yenidən bombardman etməsi yaxşı hal deyil. Bu o deməkdir ki, Trampın Yaxın Şərqdəki sülh missiyası sıfıra enir. Beynəlxalq ictimaiyyətin verdiyi məlumata görə, İsrailin hərbi qüvvələrinin Baş naziri Netanyahunun əmrindən sonra Qəzza bölgəsini güclü atəşə tutma əmirindən sonra baş verib. Tərəflər bir-birini ittiham edir. HƏMAS İsraili ittiham edir ki, o, anlaşmanı pozur. Bildiyiniz kimi, burada dörd vasitəçi dövlət var: Qətər, ABŞ, Misir və Türkiyə. Digər tərəfdən İsrail də HƏMAS-ı ittiham edir, deyir ki, HƏMAS hələ də 15 girovu qaytarmayıb. Hətta verilən bir girovun meyit qalıqları 2023-cü ildə öldürülən İsrail vətəndaşına aiddir. Və onu indi təhvil veriblər. Bax, məhz bu, İsrailin bəhanəsi ola bilər”.


Politoloq eyni zamanda vurğulayıb ki, ABŞ İsrailə təsir göstərməsə, müharibə yenidən davam edəcəkdir:

 

“Hələlik bu dörd vasitəçi dövlətdən konkret mövqeyi görsənmir. Ancaq ABŞ rəsmiləri İsraili dəstəklədiklərini bildirən bəyanatlar verirlər. Doğrudan da, əgər ABŞ İsrailə təsir göstərməsə, müharibə yenidən davam edəcəkdir. Hazırda isə digər üç vasitəçi dövlətin – Türkiyənin, Misirin və Qətərin İsrailə təsir imkanları demək olar ki, sıfıra bərabərdir. Ola bilsin ki, Avropa İttifaqı İsrailə qarşı sanksiyalar tətbiq etsin, Avropada və dünyanın digər yerlərində Fələstini müdafiə edən nümayişlər davam etsin. Xüsusilə də Qəzza bölgəsində humanitar fəlakət, yenidən İsrailin atəş açması səbəbilə bu nümayişlərin güclənəcəyi gözlənilir. Bu gün də bölgədə gərginlik və münaqişələr davam edir”.

 

Zəri Bayramlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər