00:00:00
Yazar
Admin User
22.10.2025 16:46 135 1 dəq oxuma
Siyasət

Yaxın Şərqdə yeni siyasi mərhələ və ABŞ-nin vasitəçilik rolu

Yaxın Şərqdə yeni siyasi mərhələ və ABŞ-nin vasitəçilik rolu

Yaxın Şərqdə gərginliyi azaltmaq üçün İsrail və HƏMAS arasında əldə olunan razılaşma regionda yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

 

Mövzu ilə bağlı siyasi şərhçi Taleh Əliyev “İnformator.az”a bildirib ki, ABŞ-nin prezidenti Donald Trump İsrail–HƏMAS münaqişəsinin bitməsi ilə bağlı 20 maddəlik sülh sazişi təqdim edib:

 

“Tərəflər arasında ilkin mərhələdə razılığa gəlməsi təqdirəlayiq haldır. Könül istərdi ki, keçən iki il ərzində 50.000-dən yuxarı insanın həlak olduğu bu müharibə tamamilə sülh ilə nəticələnsin. Amma təəssüflər olsun ki, bu sülh sazişinin özündə də bəzi prinsipal məsələlər hələ həllini tapmayıb. Məsələn, sərhəd məsələləri, humanitar yardımların təminatı və gələcəkdə hər iki tərəfin hərbi əməliyyatlardan çəkinməsi ilə bağlı mexanizmlər tam işlək deyil. Bundan sonra, HƏMAS öhtəsinə götürdüyü vəzifələrə əməl etməsə, İsrail tərəfinin daha sərt hərbi və diplomatik addımlarına şahid olacağıq. ABŞ regionda həm vasitəçi, həm də monitor rolunu davam etdirəcək, hərbi bazalar vasitəsilə situasiyanı izləyəcək və razılaşmanın icrasını təmin etməyə çalışacaq. Bu, Yaxın Şərqdə ABŞ-nin təsirinin artırılması və regiondakı sabitliyin qorunması baxımından əhəmiyyətlidir. Eyni zamanda, razılaşma beynəlxalq ictimaiyyət üçün də sülh prosesinə təkan verə biləcək mesajdır, amma əminliklə demək olar ki, uzunmüddətli sülh üçün əlavə diplomatik addımların atılması zəruridir".

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər