00:00:00
Yazar
Aysel Mirzəyeva
01.03.2026 18:10 16 2 dəq oxuma
Siyasət Özəl

“Yeni Ali dini rəhbər seçildikdən sonra siyasət müəyyənləşəcək” -ŞƏRH

“Yeni Ali dini rəhbər seçildikdən sonra siyasət müəyyənləşəcək” -ŞƏRH

“Tehran qisası özünün qanuni hüququ və vəzifəsi hesab edir və bu vəzifəni yerinə yetirmək üçün bütün səylərini göstərəcək”, - Pezeşkian bildirib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, İran bu hadisəyə beynəlxalq legitimlik qazandırmaq fikrinə cəhd edib:

 

“Məlum olduğu kimi, İran kütləvi şəkildə Körfəz ölkələrinə və digər ölkələrə ciddi zərbələr endirir. Faktiki olaraq İranda Prezident yox, Ali dini rəhbər dövlətin başçısı hesab olunur. Bununla da onu əsaslandırmaq istəyirlər ki, İranın dövlət başçısı kənar müdaxilə ilə öldürülüb. Buna görə də qisas barəsində fikirlər səsləndirilib. Eyni zamanda İran tərəfi üçün maraqlıdır ki, bu müharibənin arealı genişləndirilsin. Daha çox Körfəz ölkələri istiqamətində İranın əməliyyatlar keçirməsinin şahidi oluruq. İran dünəndən başlayaraq Körfəzin ərəb ölkələrinə qarşı kütləvi şəkildə zərbələr endirir. Həm ABŞ bazaları hədəf seçilir, həm də həmin ölkələrin strateji əhəmiyyətli məntəqələri vurulur. Bu onu göstərir ki, İran üçün müharibənin miqyasının müəyyən qədər genişləndirilməsi maraqlıdır. Ancaq burada əsas məsələ İranın qırmızı xətti keçib-keçməməsidir. Eyni cür hadisə İsrailin də dövlət rəsmilərinə qarşı həyata keçirilə bilərmi? Bununla bağlı da İrandan çağırışlar səsləndirilir. Əgər bunlar olarsa, Amerika Birləşmiş Ştatları və İsrailin İrana qarşı zərbələri çox sərt olacaq. Eyni siyasət aparıla bilərmi? Bununla bağlı son zamanlarda ciddi müzakirələr aparılır və İsrail artıq dövlət rəsmilərinin təhlükəsizliyini qorumaq üçün ciddi tədbirlər həyata keçirir. Ümumilikdə, Xameneinin öldürülməsi İranın gələcək regional baxışında müəyyən qədər dəyişiklik yarada bilər. Təxminən bir həftədən sonra yeni Ali dini rəhbər seçiləcək. Xarici siyasətlə bağlı əsas prioritet istiqamətlər o zaman müəyyən ediləcək. İndi Prezident Pezeşkianın yekun söz demək üçün bir o qədər səlahiyyəti yoxdur. İranın yeni Ali dini rəhbəri seçildikdən sonra həm xarici siyasətdə, həm də daxili siyasətdəki konyunkturalar artıq müəyyənləşəcək”.


Nuray Əliyeva

#sonra #yeni #baki #dini
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər