00:00:00
Yazar
Zəhra Həsənova
25.08.2026 19:16 29 2 dəq oxuma
Siyasət

"Yeni səfərbərlik Rusiyanın Ukraynada qələbəsini təmin etməyəcək" - ŞƏRH

"Yeni səfərbərlik Rusiyanın Ukraynada qələbəsini təmin etməyəcək" - ŞƏRH

Rusiyada yeni səfərbərliklə bağlı müzakirələr intensivləşib

Mövzu ilə bağlı”İnformator.az”açıqlamasında  ekspert Ədalət Verdiyev bildirib ki, Rusiya Ukrayna ilə müharibə başlayandan sonra qismən səfərbərlik elan edib. Lakin indiki vəziyyətdə Ukraynanın uzaqmənzilli dron və raket zərbələri Rusiyanın mərkəzi və Uzaq Şərq bölgələrinə qədər çatır:

 

“Digər tərəfdən, Rusiya Ukrayna ilə müharibədə əvvəlki hərbi üstünlüyünü qoruyub saxlaya bilmir. Buna görə də strateji hədəflərə çatmaq üçün ordunun qarşısına qoyulan vəzifələr tam yerinə yetirilmir. Mövcud imkanlarla yaxın perspektivdə strateji hədəflərə nail olmaq Kreml üçün əlçatan görünmür. Bu səbəbdən Rusiyada yeni hərbi səfərbərliyin elan olunması ilə bağlı ciddi müzakirələr aparılır”.


Ədalət Verdiyevin sözlərinə görə, səfərbərliyin elan olunması ilə Rusiya bir neçə hədəfə nail olmağa çalışa bilər. 


İlk növbədə, məqsəd canlı qüvvə itkilərini kompensasiya etmək və yeni səfərbər olunan şəxslər hesabına ordudakı vakant vəzifələri komplektləşdirməkdir. Hazırda orduya cəlb edilən müqaviləli hərbçilərin və könüllülərin sayı cəbhədəki itkiləri tam kompensasiya edə bilmədiyi üçün Kreml səfərbərliyi əsas və prioritet çıxış yolu kimi qiymətləndirə bilər.


Ekspert qeyd edib ki, Rusiya mövcud itkilərini kompensasiya etməklə yanaşı, Ukraynanı dəstəkləyən Avropa ölkələrinə qarşı təxminən 300 min nəfərlik əlavə kontingenti ehtiyatda saxlamağa və bununla da həmin ölkələrə daim təzyiq göstərməyə çalışa bilər.

 

Yeni səfərbərliyin elan olunması Rusiyanın Ukrayna ilə paralel olaraq digər Avropa ölkələrini də təhdid etməsi, onları Ukraynaya yardım göstərmək əvəzinə öz ordularına daha çox diqqət ayırmağa vadar etməsi istiqamətində addımlarla müşayiət oluna bilər. Amma istənilən halda, yeni səfərbərlik Rusiyanın Ukrayna üzərində qələbəsini təmin etməyəcək.


Nurgün Qənizadə

#şərh #təmin #xəbər #"yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər