Yeni tədris ilinə az qalıb
Mözu ilə əlaqədar təhsil eksperti Məzahir Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, əslində tədris ilindəki yeniliklər tədris ərəfəsində məlum olmur:
"Adətən bir neçə ay əvvəldən məlum ola bilər.Dəyişikliklər olduğu zaman Elm və Təhsil Naziri və yaxuddaki Yerli Regional idarələr öz səviyyələrində hər hansısa bir dəyişiklik varsa,o dəyişiklikləri elan edirlər.Mən bildiyim qədərilə nə Elm və Təhsil Nazirliyinin nədəki Regional idarələrin dəyişikliklə bağlı planları yoxdur.Bu il 2024-2025-ci tədris ilinin davamı kimi,bütün fənlər tədris olunacaq".
Ekspertin sözlərinə görə, bu günlərdə söz-söhbət olan,tədris gec başlayacaq kimi ifadələr var idi:
"Onuda Elm və Təhsil Naziri təkzib etdi.Bu Bakının mərkəzində keçiriləcək Formula-1 ilə əlaqəli idi.Belə aydın oldu ki,yeni tədris ili üçün heç bir yenilik,dəyişiklik gözlənilmir. Çox təəsüflə qeyd edirəm ki,Azərbaycanda birinci siniflərə qəbul hər il azalma müşahidə olunur.Düzdü,bu ilin statistikasi tam açıqlanmayıb,çünki qəbul hələ də davam edir.Tədricən hər il azalmalar müşahidə olunur.Bunun da birbaşa tədrislə əlaqəsi yoxdur,əhali artımı ilə bağlı məsələdir”.
Səadət Əlizadə
