00:00:00
Yazar
Admin User
11.09.2025 18:15 137 1 dəq oxuma
Sosial

Yeni tədris ilində bəzi şagirdlərə pulsuz məktəbli formaları veriləcək

Yeni tədris ilində bəzi şagirdlərə pulsuz məktəbli formaları veriləcək

 

İmtiyazlı ailələrin uşaqlarına dəstək məqsədli məktəbli formalarının verilməsi nəzərdə tutulur. Bu təşəbbüs həm aztəminatlı ailələrin maddi cəhətdən yükünü azaldır, həm də uşaqlar arasında bərabərliyin yaranmasında, bərabər imkanlarla təhsil almağında böyük rol oynayacaq.

 

Mövzu ilə bağlı təhsil eksperti İlqar Orucov “İnformator.az” a açıqlamasında bildirib ki, yeni tədris ilində bəzi şagirdlərə geyimlərin verilməsi ilə bağlı müvafiq işlərə start verilib:

 

"Düşünürəm ki, əhatəsi kifayət qədər geniş olacaq və xüsusilə həssas qrupdan olan ailələrdən olan məktəblilər üçün bu cür geyimlərin pulsuz paylanması nəzərdə tutulur. Pulsuz məktəbli geyimlərinin digər satış məqsədli geyimlərin keyfiyyətindən fərqlənməyəcək. Bu sifarişləri həyatə keçirən, təbii ki, eyni tikiş yerləridir. Məncə, eyni keyfiyyətdə, həm də estetik baxımından eynilik təşkil edəcək.

Təkcə bununla yekunlaşmır. Eyni zamanda bilirsiniz ki, hər il ayrı-ayrı qurumlar humanitar məqsədli bu cür aksiyalar həyata keçirirlər. Məktəbli geyimi ilə kifayətlənmirlər, məktəb ləvazimatları,çantalar və ya digər lazım olan əşyalarla da təmin edirlər.Xüsusilə şəhid uşaqları üçün yerli icra hakimiyyəti qurumları da bu cür humanitar aksiyalar həyata keçirirlər. Təbii ki, bu aksiyalar bu ildə davam etdiriləcək. Hesab edirəm ki, bu şagirdlərimizə olan qayğıdan irəli gəlir və eyni zamanda kifayət qədər humanizm prinsipləri əsas götürülərək reallaşdırılır”.

 

Həlimə Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər