Yeni yol hərəkəti cərimələri qüvvədədir
Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin artırılması ilə bağlı qaydaları özündə əks etdirən Yol Hərəkəti Qanununda Dəyişikliklər haqqında Qanun Layihəsi Rəsmi Qəzetdə dərc olunub və qüvvəyə minib.
Yeni qaydalar yol hərəkəti cərimələrində tarixi artımlar tətbiq edir və aqressiv sürücülük, yanıb-sönən işıqlardan istifadə, saxta nömrə nişanlarına sahib olmaq, sürücülük vəsiqəsi olmadan sürücülük və sosial mediada yol hərəkəti qaydalarının pozulmasını tərifləmək kimi qayda pozuntularına görə sərt cəzalar nəzərdə tutur.
TRT XƏBƏR
Arzu Poladova
