Yeni Zelandiya Böyük Britaniyadakı səfirini işdən çıxardı
Yeni Zelandiya hökuməti ölkənin Böyük Britaniyadakı ən yüksək rütbəli diplomatı, ali komissar Fil Qofu ABŞ prezidenti Donald Tramp haqda fikirlərinə görə vəzifədən azad edib.
Belə ki, Qof London tədbirlərindən birində Rusiya-Ukrayna müharibəsinə son qoymaq səylərini 1938-ci il Münhen Sazişi ilə müqayisə edərək, Trampın tarixi düzgün dərk edib-etmədiyini sual altına alıb. Piters bildirib ki, bir diplomat ölkənin siyasətini təmsil etməli, şəxsi fikirlərini açıq şəkildə ifadə etməməlidir. Xatırladaq ki, Qof 2023-cü ildən Böyük Britaniyada ali komissar vəzifəsində çalışıb. O, əvvəllər Oklendin meri, Yeni Zelandiyanın xarici işlər, müdafiə və ədliyyə naziri vəzifələrində də olub.
BBC News
Aydan Quliyeva