Yerevan Azərbaycan XİN-in bəyanatını hələ şərh etmir
Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib ki, Yerevan hələlik Azərbaycan Xarici İşlər Nazirliyinin “Armeniya‐AB” sənədinə reaksiyasını şərh etməyə hazır deyil. O, həmkarları ilə müzakirə olmadan heç bir qiymətləndirmə vermək istəmədiyini bildirib və gələcəkdə XİN tərəfindən açıqlama veriləcəyini əlavə edib.
Simonyan eyni zamanda qeyd edib ki, sənəd Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması prosesini ləngidə bilməz:
“Bakı ilə bütün istiqamətlər üzrə işlər davam edir”.
Xatırladaq ki, Azərbaycan XİN dünən Avropa İttifaqı ilə Ermənistan arasında 2 dekabrda Brüsseldə imzalanan “Strateji tərəfdaşlıq gündəliyi”ni şərh etmiş, bəzi məsələlərin sülh gündəliyi ilə ziddiyyət təşkil etdiyinə görə narahatlıq ifadə etmişdi.
