00:00:00
Yazar
Admin User
21.05.2025 15:49 207 1 dəq oxuma
Dünya

Yox dostlar, bu təklif artıq keçərli deyil - Lavrov

Yox dostlar, bu təklif artıq keçərli deyil - Lavrov

Ukrayna ilə münaqişənin nizamlanması prosesində “atəşkəs – sonra baxarıq” yanaşması artıq keçərli deyil.

 

"İnformator.az" xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Rusiya-Ermənistan Universitetində çıxışı zamanı bildirib.

 

Lavrov 2022-ci ildə İstanbulda baş tutmuş Rusiya-Ukrayna danışıqlarını xatırladıb:

 
"Biz onlarla razılaşdıq. Həmin prinsipləri həm biz, həm də ukraynalılar parafladıq. Amma sonradan Qərb bu prinsiplər əsasında müqavilə imzalamağa qadağa qoydu. İndi isə bizə deyirlər ki, “gəlin atəşkəs olsun – sonra baxarıq”. Yox, dostlar! Biz bu ssenarini artıq yaşamışıq, bir daha istəmirik. Makronlar, Starmerlər, fon der Leyenlər və Avropanın digər fiqurları, indi isterik şəkildə ABŞ-dan Rusiyaya qarşı hərəkətləri gücləndirməyi və sanksiyaları artırmağı tələb edənlər – sadəcə bu davranışları onların iç üzünü açır".
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər