Yunanıstan yaşı 15-dən az olanların sosial mediadan istifadəsini qadağan edir
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis 2027-ci il yanvarın 1-dən etibarən yaşı 15-dən az olan şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulacağını bəyan edib.
“İnformator.az” xəbər verir ki, bu xəbəri "Ekatimerini" nəşri yayıb.
Bildirilib ki, Yunanıstan uşaq və yeniyetmələrin sosial platformalara girişini məhdudlaşdıran ilk dövlətlər sırasındadır.
Hökumət başçısının sözlərinə görə, müvafiq qanun layihəsi 2026-cı ilin yayında təsdiqlənəcək və 2027-ci ilin ilk günündən icraya yönəldiləcək:
"Bilirəm ki, yeniyetmələrin əksəriyyəti mənə qəzəblənəcək. Mən də sizin yaşda olsaydım, yəqin ki, oxşar hisslər keçirərdim, lakin bizim əsas işimiz sadəcə sevimli olmaq deyil".
Nazirlər Kabinetinin rəhbəri onu da vurğulayıb ki, rəsmi Afina Avropa İttifaqını da analoji addımlar atmağa təşviq edəcək.