00:00:00
Yazar
Admin User
26.05.2025 17:55 182 1 dəq oxuma
Dünya

Yunanıstanda bakteriya həyəcanı!

Yunanıstanda bakteriya həyəcanı!

Yunanıstanın Mərkəzi Makedoniya bölgəsində Strep-A bakteriyasının sürətlə yayılması səbəbilə 9 məktəbin müvəqqəti olaraq bağlandığı bildirilib.

 

Yunan mediasında yer alan xəbərlərə görə, ilk yoluxma halları epidemiyanın başlanğıc nöqtəsi kimi göstərilən Salonikinin Kalamarya bölgəsindəki bir məktəbdə aşkarlanıb. Qısa müddətdə yayılan infeksiyaya görə həmin bölgədə 3 ibtidai məktəb və 2 uşaq bağçasında tədrisə fasilə verilib.

 

Serres şəhərində Strep-A bakteriyası aşkarlanan 4 məktəb də ehtiyat tədbiri olaraq müvəqqəti bağlanıb.

 

 

Yunanıstanın Milli İctimai Sağlamlıq Təşkilatı (EODY) Strep-A bakteriyasının olduqca yoluxucu olduğunu bildirərək, şəxsi gigiyena qaydalarına ciddi şəkildə əməl edilməsinin vacibliyini vurğulayıb.

 

Yoluxan şəxslərə antibiotik müalicəsinə başladıqdan sonra ən azı 24 saat evdə qalmaq tövsiyə olunub. Məsul şəxslər vəziyyətin nəzarət altında olduğunu və panikaya ehtiyac olmadığını qeyd ediblər.

 

 

Haber Global

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər