00:00:00
Yazar
Səadət Əlizadə
21.07.2026 19:59 38 2 dəq oxuma
Siyasət

Yunanıstandan Türkiyəyə qarşı təxribat: Kipr artıq yaxındır

 

Yunanıstandan Türkiyəyə qarşı təxribat: Kipr artıq yaxındır

Yunanıstanın müdafiə naziri Nikos Dendias Kipr Sülh Əməliyyatının 52-ci ildönümü ilə bağlı paylaşımında Türkiyəyə qarşı təxribat xarakterli açıqlamalar verib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Kipr məsələsi ötən əsrin 50-ci illərindən etibarən dünya siyasətinin əsas gündəm mövzularından birinə çevrilib:

 

 

"Bunun əsas səbəbi Böyük Britaniyanın müstəmləkə idarəçiliyindən sonra adada yunan və türk icmalarının birgə yaşayışı ilə bağlı yaranan problemlər olub. Ekspertin sözlərinə görə, həmin dövrdə yunan tərəfinin türklərə qarşı təzyiqləri artıb, xüsusilə 1960-70-ci illərdə vəziyyət daha da gərginləşərək zorakılıq halları baş verib.

 Kiprdə təminatçı dövlətlərdən biri olan Türkiyə 1974-cü ildə adadakı türk əhalisini qorumaq məqsədilə hərbi əməliyyata başlayıb. Bu addım Türkiyə tərəfindən sülh əməliyyatı kimi qiymətləndirilsə də, Yunanıstan və bəzi digər ölkələr bunu işğal kimi təqdim edərək Ankaraya qarşı təzyiqləri artırmağa çalışıblar".

 

Ekspert Yunanıstanın müdafiə nazirinin son açıqlamalarını da provokativ adlandırıb:

 

 

 "Egey dənizi və Kipr məsələləri iki ölkə arasında uzun illərdir davam edən əsas fikir ayrılıqlarıdır. 2004-cü ildə Türkiyənin dəstəklədiyi Annan Planının yunan tərəfi tərəfindən rədd edilməsi münaqişənin həllini çətinləşdirən əsas amillərdən biri olub. Bu cür bəyanatlar Aralıq dənizi və Egey bölgəsində sabitliyə xidmət etmir. Yunanıstanın Qərbin dəstəyi ilə Türkiyəyə təzyiq göstərməyə çalışdığını desə də, bunun nəticə verəcəyinə inanmadığını bildirib. Kipr probleminin həlli yalnız adadakı türk icmasının hüquqlarının beynəlxalq hüquq çərçivəsində tam təmin olunması ilə mümkündür. Əks halda, bölgədə gərginlik davam edəcək".

 

 

Səadət Əlizadə

#gündəm #təxribat: #kipr #artıq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər