00:00:00
Yazar
Güllər Gülhüseynova
15.06.2026 17:04 20 1 dəq oxuma
Siyasət

Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verib

Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verib

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı - Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.


"İnformator.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

 

"Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində qəzaya uğraması nəticəsində iki pilotun həyatını itirməsi barədə xəbər məni dərindən kədərləndirdi.

 

Baş vermiş aviaqəza nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm", - deyə məlumatda bildirilib.

#zakir #həsənov #gündəm #pakistan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər