00:00:00
Yazar
Admin User
27.05.2025 15:32 167 1 dəq oxuma
Dünya

Zaxarova: "Dərbənddəki Azərbaycan Teatrının açılışı gözlənilir"

Zaxarova: "Dərbənddəki Azərbaycan Teatrının açılışı gözlənilir"

"Dərbənddəki Azərbaycan Teatrının yenidənqurma işləri başa çatmaq üzrədir və teatr yaxın günlərdə açılacaq".

 

"İnformator.az" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.


"Dağıstan xalqlarının mədəni müxtəlifliyindən danışmaya bilmərəm. Folklor, xalq sənətkarlığı uzun zamandır tanınan bir brendə çevrilib. Respublikada 11 milli teatr fəaliyyət göstərir. Dünən Dərbənddə Azərbaycan Teatrının yenidənqurmasının başa çatdığını gördük, açılışı gözlənilir", - deyə Zaxarova Mahaçqalada keçirilən brifinqdə bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər