00:00:00
Yazar
Admin User
13.05.2024 18:40 307 1 dəq oxuma
Dünya

Zaxarova NATO baş katibinin Ukraynanın bərpasının mənasızlığı ilə bağlı sözlərinə cavab verib

Zaxarova NATO baş katibinin Ukraynanın bərpasının mənasızlığı ilə bağlı sözlərinə cavab verib

"NATO-nun baş katibi Yens Stoltenberqi ukraynalıların gələcəyi qətiyyən maraqlandırmır".  

 

“İzvestiya” xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova onun Ukraynanın bərpasının mənasız olması ilə bağlı sözlərinə belə cavab verib.

 

Diplomat vurğulayıb ki, alyans Ukraynaya yalnız anti-Rusiya kursunun həyata keçirilməsi üçün alət kimi baxır.  

 

“NATO bu kontekstdə yalnız Ukraynanın gələcəyi ilə maraqlanır. Onları ukraynalıların gələcəyi qətiyyən maraqlandırmır”, - Zaxarova qeyd edib.

 

Əvvəllər Stoltenberq Ukraynaya məğlub olduğu halda onu bərpa etməkdə heç bir məna görmürdü. Onun sözlərinə görə, buna görə də, hazırda Şimali Atlantika Alyansının mühüm vəzifəsi Kiyevi daim silahla təmin etməkdir.

 

Mənbə: Lenta.ru

Tərcümə etdi: Aysel Ağakərimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər